1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Danışılmış oyunlarla bağlı yenilik
Danışılmış oyunlarda şübhəli bilinən şəxslərlə bağlı araşdırma mart ayında başa çatdırılacaq. Bu barədə Sportnet.az-a AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri Rəmiş Maıyev məlumat verib.
Federasiya rəsmisinin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir. O, siyahıya yeni adların daxil edilməsinin mümkünlüyü ilə bağlı yenilik olmadığını söyləyib: "Araşdırma davam edir. Yəqin k, mart ayında yekunlaşacaq. Siyahıya yeni adların daxil edilməsi gözlənilmir".
UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara əsəsən, ötən ilin noyabr ayında AFFA İntizam Komitəsinin qərarına ilə 22 futbolçu, 1 inzibatçı və 1 nəfər hakim federasiyanın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Lakin daha sonra 15 futbolçu barədə qərar qüvvədə düşmüş sayılıb və əlavə 2 oyunçuya sanksiya tətbiq olunb.
Qeyd edək ki, Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim ediləcək və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq. İcraiyyə Komitəsinin iclası martın 16-a təyin edilib.