Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubundan ayrılaraq, Bakının AZAL klubuna keçib.
Bu barədə Sportnet.az-a AZAL-ın meneceri Eldəniz Yusifov məlumat verib.
Klub rəsmisi bildirib ki, 22 yaşlı yarımmüdafiəçi hazırda AZAL-ın düşərgəsindədir. E.Yusifov Məsimovla müqavilə bağlayacaqlarını söyləyib: "Samir az öncə komandamıza gəlib. Sabah tibbi baxışdan keçdikdən sonra onunla 6 ay + 1 il sistemi ilə müqavilə bağlanılacaq".
Qeyd edək ki, 2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniyanın "Domjale" klubu ilə 3 illik müqavilə bağlayan Samir Məsimov əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, ötən ilin dekabr ayında Qazaxıstanın "Okjetpes" klubunda baxışda olub, lakin bəyənilməyib.
Məsimovun Heydər Əliyev Beynəlxalq Hava Limanında çəkilmiş fotosunu tanınmış jurnalist Anar Şabanoğlu sosial şəbəkədə paylaşıb.