Bu gün Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə Super Liqasında XXII turun açılış matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Bursa təmsilçisi səfərdə "Kasımpaşa" tərəfindən darmadağın olunub - 0:4.
Yılmaz cəzalı olduğundan bu matçda adı heç protokola daxil edilməyib. "Bursaspor" isə ardıcıl 3-cü turdur futbolçusu qırmızı vərəqə almasınn əziyyətini çəkib. Bu dəfə meydandan qovulan 44-cü dəqiqədə birbaşa qırmızı vərqə alan Ersoy Ertuğrul olub. "Bursaspor" hər 4 qolu bundan sonra azlıqda qalarkən buraxıb.
Yılmazın komandası 22 oyundan 28 xalla turnir cədvəlində 10-cu pillədə yer alıb.