1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" Xocalı faciəsi qurbanlarını yad etdi - FOTOLAR
"Qarabağ” klubub daim milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşıb. Sportnet.az-ın məlumatına görə, ölkəmizin həyatında baş verən hadisələrə biganə qalmayan Ağdam təmsilçisi bu dəfə də ənənəsinə sadiq qalıb.
1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşmüşdür. İllər keçsə də xalqımız bu faciəni unutmur.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi bu faciənin qurbanlarını yad etmək üçün klubunun bazasını ziyarət edib. Görüş faciədə şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra Gözəl bu hadisə haqqında danışıb və faciənin yalnız bir xalqın yox, bütün dünyanın üzüntüsü olduğunu bildirib. Vitse-prezident Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və məqsədimizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb.
Sonda Tahir bəy bəşəriyyətə sülh və müharibədən uzaq bir həyat arzuladığını bildirib.