Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun ilk oyun günündə hər iki matç eyni hesabla yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, həftənin açılış oyununda AZAL klubu "Neftçi" komandasını qəbul edib.
Şüvəlanda baş tutan görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində qonaqların ispaniyalı hücumçusu Daniel Seqoviyanın vurduğu qol "Neftçi"yə qələbə qazandırıb. Bu qalibiyyətdən sonra "Neftçi" xalını 20-yə çatdırsa da, turnir cədvəlində 6-cı, AZAL isə 8 xalla 8-ci pillədə qalıb.
"Zirə" isə minimal hesablı qələbəni "Sumqayıt"la ev oyununda gerçəkləşdirib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmada yeganə topu 35-ci dəqiqədə Riçard Qadze vurub. Bununla da turnir cədvəlinin 4-cü pilləsində dəyişiklik baş verib. "Zirə" xallarını 26-ya yüksəldərək, həmin mövqeni ələ keçirib. 25 xala malik "Sumqayıt" isə 5-ci pilləyə enib.
Azərbaycan Premyer Liqası
XX tur
27 fevral (bazar ertəsi)
15:30 AZAL – "Neftçi” - 0:1
Qol: Daniel Seqoviya, 4
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
"AZAL Arena”
İlk iki dövrə - 0:2, 1:0
18:00 "Zirə” – "Sumqayıt” - 1:0
Qol: Riçard Qadze, 35
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
İlk iki dövrə: 0:1, 0:1