
Azərbaycan Premyer Liqasının XX turunun açılış matçında AZAL "Neftçi"ni qəbul etsə də, meydan sahibləri dəstəksiz qalıb.
Sportnet.az-ın oyunda olan əməkdaşının verdiyi məlumata görə, hazırda ilk yarısı oynanan qarşılaşmada yalnız qonaq komanda azarkeşlərinin - qapı arxasında "Forza Neftçi" üzvlərinin səsi eşidilir.
Onlardan əlavə, görüşü canlı izləyən 100-ə yaxın insan olsa da, onlar sükuta qərq olublar.
Qeyd edək ki, "Neftçi" hazırda 1:0 hesabı ilə öndədir.