
"Artıq 3 oyundur qol buraxmıram. Bu, məndə özünəinamı daha da artırıb". Spornet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin qapıçısı Maksim Vaylo klubunun rəsmi saytına açıqlamasında bildirib.
Azərbaycan Premyer Liqasının XX turunda səfərdə AZAL-a 1:0 hesabı ilə gəldikdən sonra fikirlərini bildirən gənc qolkiper yenə qapısını toxunulmaz saxladığına görə sevinir: "Oyun ərzində qapısını toxunulmaz saxlamaq hər bir qapıçı üçün vacibdir. O ki qaldı matça, yaxşı oynadıq. Düzdür, mən də daxil olmaqla bəzi səhvlər etdik. Amma ümumi götürsək, vacib olan 3 xal idi ki, bu 3 xalı qazandığımıza görə xoşbəxtəm”.