1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA rəsmiləri mühüm iclasda
2019-cu ildə təşkil olunacaq Çempionlar Liqası, Avropa Liqası, Qadınlararası Çempionlar Liqasının final oyununa və UEFA Super Kuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı UEFA tərəfindən iclas keçirilir.
Sportnet.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahındakı iclasda AFFA-nı baş katibin müavini Sərxan Hacıyev, İnfrastruktur üzrə direktor Kamran Vəliyev, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva, Hüquqi məsələlər üzrə mütəxəssis Günay Zamanlı və Marketinq və Reklamlar Departamentinin mütəxəssisi Nigar Qasımova təmsil edir.
Qeyd olunan oyunlar üçün namizədliyini irəli sürmüş assosiasiyalar bunlardır:
Çempionlar Liqası: Azərbaycan, İspaniya
Avropa Liqası: Azərbaycan, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə
Qadınlararası Çempionlar Liqası: Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya
Super Kubok: Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya, Türkiyə.