
Futbol üzrə Azərbaycan I divizionunda XX tura start verilib.
məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub. Lider "Turan Tovuz” evdə "Bakılı”nı darmadağın edib - 3:0. Bu qələbədən sonra qərb təmsilçisi xalını 49-a çatdırıb.
"Şəmkir" öz meydanında "Mil-Muğan"a 2 cavabsız qolla uduzduğu halda, "Ağsu" doğma divarlar arasında "Səbail” 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, İntizam Komitəsinin qərarına əsasən "Rəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilir.
"Turan Tovuz” - "Bakılı” 3:0
Qollar: Rəhman Musayev, 31. Aqşin Muxtaroğlu, 34. Eltay Tağıyev, 68
"Şəmkir” - "Mil-Muğan” 0:2
Qollar: Samir Babayev, 27-p., Raul Yaqubzadə, 54
"Ağsu” - "Səbail” 3:2
Qollar: Elnur Səmədov, 2. Adil Tağıyev, 65. İsa Cəbiyev, 85 - Mirzağa Hüseynpur, 21. Fərid Səmədzadə, 27
"Rəvan” - "Qaradağ Lökbatan” 0:3 (texniki məğlubiyyət)