"Birinci divizionda işlərimiz pis getmir. Hazırda elə turnir cədvəlinin ilk pilləsində yer almışıq. Biz öz işimizi ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. AFFA hansı qərarı versə, ona da hörmətlə yanaşacağıq". Bunu Sportnet.az-a açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Nodar Məmmədov deyib.
Milli komandamızın da formasını geyinmiş Məmmədov yığma komandamızın Almaniyaya qarşı oyunu haqda belə danışıb: "Millimizin bu görüşdə uğurlu nəticə qazanmasını arzu edirəm. Çətin olacağı məlumdu. Görək də necə alınır".
"Qəbələ" və "Qarabağ" ölkəmizin ən güclü komandalarıdı. Hansı komanda güclü olsa, o da çempion olacaq. Məndən olsaydı, hərəsinə bir kubok verərdim” – deyə, Məmmədov fikirlərini yekunlaşdırıb.