"Neftçi" ilə oyuna ciddi hazırlaşırıq. Bizi bu görüşdə qələbədən başqa heç bir nəticə qane etməyəcək. Ona görə də yalnız üç xal üçün oynayacağıq. Ümidvaram ki, bu, bizdə alınar".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt”ın hücumçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Neftçi" ilə keçirəcəkləri oyun barədə danışarkən deyib. Müqavilə ilə "Neftçi”yə məxsus olan forvard komandasının gələcəkdə uğurlu nəticələr qazanacağına inandığını bildirib: "Neftçi” mənim futbola göz açdığım klubdur. Ancaq hazırda "Sumqayıt”ın futbolçusuyam və bu komandanın uğuru üçün əlimdən gələni edirəm. "Neftçi”nin son illər çoxlu problemi oldu. Komandanı dağıdanlar oldu. Görünür, indi komanda düz yoldadır. Bunu komandanın oyununa baxaraq demək olur. Qış gasiləsindən sonra çox gözəl təsir bağışlayırlar. İnanıram ki, hələ yaxşı günləri qabaqdadır”.
Qeyd edək ki, aprelin 2-də keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 16:30-da başlanacaq.