"Oyun çox ağır idi. Belə olacağını dəqiq bilirdik. Çünki həm bizə, həm də "Neftçi”yə üç xal lazım idi. Yaxşı qol epizodları oldu. Onlardan ikisini vurduq və qalib gəldik. Qalib gəldiyimizə görə sevinirəm”.
Bu sözləri Sportnet.az-a açıqlamasında "Sumqayıt”ın hücumçusu Məhəmməd Qurbanov deyib. Premyer Liqanın XXIV turunda "Neftçi”yə 2:0 hesabı ilə qalib gələn "Sumqayıt” xal ehtiyatını 28-ə çatdıraraq "Zirə”yə bir az da yaxınlaşıb. Qurbanov komandasının avrokuboklar şansını bu cür dəyərləndirib: "Qələbə bizi turnir cədvəlində də yüksəltdi. Qollardan biri də əla alındı. Amil Yunanov doğrudan da əla qol vurdu, afərin ona. Avrokubok şanslarımız davam edir. Məncə, hər şey özümüzdən asılıdır. Özümüzə inanaraq oynamalıyıq və o zaman hər şey alınacaq".