1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqada 200-cü qol
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "İnter”in AZAL-ı 2:1 hesabı ilə məğlub etdiyi XXIV tur matçına təsadüf edib. Hesabı açan Denis Silva 200-cü qolun müəllifi olub. O, 48-ci dəqiqədə qonaqları məyus edib. Bu turadək 197 qol qeydə alınmışdısa, günün ilk oyununda 2 qol vurulandan sonra fərqlənən braziliyalı rəqəmi yubiley həddinə çatdırıb.
Tur başa çatandan sonra isə mövsümdə vurulan qolların ümumi sayı 207-yə qədər artıb. Bunlardan 123-ü meydan sahibləri, 84-ü qonaqların hesabındadır. 96 matçdakı orta məhsuldarlıq 2,16-ya bərabərdir.
Qeyd edək ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – "Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol "Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilən "Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol X turun oktyabrın 30-da baş tutan "İnter” – "Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb. XXVII turun "Qarabağ” – "Zirə” görüşündə (2:0) Ağdam klubunun futbolçusu Əfran İsmayılov 150-ci qolun müəllifi olub. O, fevralın 8-də baş tutan qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb.