"Qəbələ” klubunun sabiq baş məşqçisi Dorinel Muntyanu vətəni Rumıniyada çalışacaq.
Sportnet.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis III liqada mübarizə aparan "Reşita” klubunun idman direktoru təyin olunacaq. Onunla bu gün müqavilə imzalancağı gözlənilir.
Qeyd edək ki, Dorinel Muntyanu 2014-2015 mövsümünün ilk yarısında "Qəbələ"nin baş məşqçisi olub və uğursuz nəticələri ilə əlaqədar qovulub. Onun son iş yeri bu ilin fevralında ayrıldığı İrakın "Zaxo" klubu olub.