Fransanın PSJ klubu ölkə kubokunun 1/4 final mərhələsində "Avranş”a qalib gəldiyi üçün nəzərdə tutulan mükafatdan imtina edib.
Sportnet.az-ın "L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçi qalibiyyətə görə əldə etməli olduğu 200 min avronu III divizionda mübarizə aparan rəqibinə bağışlayıb.
"Avranş”ın prezidenti Jilber Qeran bu jestə görə PSJ-yə minnətdarlığını çatdırıb. O, bildirib ki, rəqib ən xoş sözlərə layiqdir: "Bu, səxavətli bir jestdir. Kluba, onun məşqçilərinə və oyunçularına hörmətlərinə görə minnətdarıq. Onlar malik olduqları hər şeyə layiqdirlər”.
Qeyd edək ki, PSJ Fransa kubokunun yarımfinalında "Monako” ilə qarşılaşacaq.