1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövşən Hüseynli: "Jurnalistlərin o sözlərindən nəticə çıxardım" - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rövşən Hüseynlinin Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində Bakıda Albaniya yığmasına 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportnet.az-a müsahibəsi
- Albaniya ilə görüş haqda nə deyə bilərdin?
- Bu matçda istədiklərimizi edə bildik. Düzdür, birinci oyun həmişə çətin olur. Bosniya və Herseqovina ilk ilk tur matçında hesabda önə çıxmağımız bizi hardasa arxayınlaşdırmışdı. Ancaq matçdan sonra səhvlərimizdən nəticə çıxardıq. Albaniya ilə görüşdə hər iki hissədə yaxşı oynadıq və layiqli qələbə qazandıq.
- Rəqib ilk iki topu hədiyyə etdi. Razısan?
- Məncə, biz onları buna məcbur etdik. İrəlidə rəqibi sıxmalı idik. Məcbur etdik ki, rəqib səhvlər etsin. Belə də oldu.
- Bosniya və Herseqovina ilə oyundan fərqli olaraq, Albaniya ilə görüşdə daha inamlı təsir bağışladın...
- Ölkə çempionatının səviyyəsini görürsünüz, göz qabağındadır. İstədiyimiz kimi hazırlaşa bilmirik. Moldova ilə yoxlama oyunları keçirdik. Bosniyalılarla görüşdə səhvlərimiz oldu. Dünənki oyundan sonra jurnalistlərin dediklərindən bəzilərini qəbul edə bilmədim.
- Nəyi?
- Jurnalistlərin nəsə deməyə haqları var. Sadəcə, elə şeylər var ki, ondan nəticə çıxartdım. Pis mənada demirəm. Mən hər zaman tənqidə hazıram. Sadəcə dünənki oyundan sonra "Həmin Rövşən Hüseynlini görmürük” dedilər. Bundan da nəticə çıxartdım. Albaniya ilə oyunda da istədiyim kimi çıxış etdim.
- Albaniya ilə görüşdə meydana yerlilər daxil olandan sonra çoxlarında belə fikir yarandı və hətta bunu dilə də gətirirdilər: "Meydanda azərbaycanlılar çoxaldısa, qollar buraxacağıq, onsuz da bizimkilər futzal oynaya bilmir”. Bu fikirlə razısan?
- Mənə elə gəlir ki, Albaniya ilə matç yerli uşaqların da futzal oynaya bildiyinin sübutu oldu. Əlbəttə, biz futzal oynaya bilirik. Sadəcə, Azərbaycanda futzalçı nəsilin yetişməməsinin səbəbi çempionatın səviyyəsinin aşağı olmasından irəli gəlir. Azərbaycan çempionatı yaxşı səviyyədə olsaydı, hər şey daha yaxşı alınardı. Rusiya kimi böyük dövlət 10-12 futzalçı tapa bilməyib, braziliyalı oynadırsa, nə etmək olar? Legioner oyunçuların gəlişi bizim üçün gücdür. Yerli oyunçularımız da meydana çıxıb özlərini sübut etdilər.
- Macarıstanla matçda milli komandamız 1 xal üçün oynayacaq, yoxsa qələbə qazanmaq istəyirsiniz?
- Təbii ki, oyuna 1 xal yox, qələbə üçün çıxacağıq. Əks halda, məğlub ola bilərik. Bu, bizim üçün final oyunudur. Hər iki görüşdə qalib gəldik, qalıb macarlarla oyun. Macarıstanın çıxışlarını canlı izləmişik. Bizim üçün Bosniya və Herseqovinaya qarşı oyun daha ağır oldu. Ancaq Albaniya da güclü komandadır. İstənilən halda macarlarla görüş asan olmayacaq.