"Albaniya ilə oyuna yaxşı hazırlaşmışdıq. Bu matç üçün nə etmək istəyirdiksə, hamısı alındı. İstədiklərimizi reallaşdıra bildik. Albaniya yığması da zəif komanda deyildi, onlara qarşı matç daha ağır alındı. Sadəcə Albaniya ilə matçda istədiklərimizi edə bildik deyə, nəticə böyük oldu".
Bunu Sportnet.az-a açıqlamasında futzal üzrə Azərbaycan yığma komandasının üzvü Xətai Bağırov deyib.
Bağırov son turda qarşılaşacaqları Macarıstanla oyunun daha çətin olacağını bildirib: "Mənə inandıqlarını görmək istəyirəm. Mənə güvənəndə mən də əlimdən gələni edirəm. O yaşımız deyil ki, "mondraj”a düşək. Əsas inamdı və həmin inam da millimizdə var idi. Baş məşqçi mənə inandı meydana buraxdı, mən də əlimdən gələni etdim. Bizi son turda Macarıstana qarşı güclü oyun gözləyir. Əsl gücümüzü Macarıstanla oyunda göstərəcəyik. Biz bir xalı fikirləşmirik, yalnız qələbə haqda düşünürük”.