1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin sabiq kapitanı: "Braziliyalılara azarkeşlik ləzzət eləmir"
"Millimiz son oyunda da qalib gəlməlidir. Ancaq heç-heçə də bizə sərf edir. Ona görə də bu görüşdə uduzmasaq, qrupu birinci başa vuracağıq. Millimizdən uğurlu nəticə gözləyirəm".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan futzal yığmasının sabiq kapitanı Ağatahir Əzimov Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində bu gün Macarıstanla keçiriləcək oyun barədə danışarkən deyib. O, komandamızın Bosniya və Herseqovina, eləcə də Albaniya ilə görüşlərdə çıxışını bəyənmədiyini bildirib: "Ancaq əsas qələbədir ki, o da oldu. Millidən daha yaxşı oyun gözləyirdik".
Əzimov yığmamıza tribunadan dəstək verməməsini isə belə izah edib: Oyunlara niyə gəlmirəm? Gəlib braziliyalılara azarkeşlik etmək ləzzət eləmir. Öz uşaqlarımız oynasa, azarkeşlik edərəm".
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Macarıstan görüşü saat 20:00-da başlanacaq.