"Futzalçılarımıza dəstək üçün arenaya yollanmışdım. Gördüklərimdən heç də peşman olmadım. Məncə, yığmamız Bakıda çox yaxşı çıxış etdi”. Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ”ın və Albaniya milli komandasının futbolçusu Ansi Aqolli deyib.
O, Bakı İdman Sarayındakı Avropa çempionatının əsas seçmə mərhələsinin son turunda Bosniya və Herseqovina yığması ilə görüşdə dəstək olduğu Albaniya millisinin çıxışını yüksək dəyərləndirib: "Millimiz son oyunda çox yaxşı çıxış etdi. Məncə, qələbəyə layiq idik. Amma bir xal da pis nəticə deyil. Albaniya futzal komandası inkişaf edir və bundan da yaxşı olacaqlar. Təbii ki, Azərbaycan millisi daha güclüdür və bunu hər üç oyunda göstərdi”.
Qeyd edək ki, Albaniya Bosniya və Herseqovina yığması ilə görüşdə heç-heçə edib - 6:6. Oyunu Ansi Aqolli ilə yanaşı, onun "Qarabağ"dakı komanda yoldaşı, bosniyalı qapıçı İbrahim Şehiç də izləyib.