1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milan Duriç: "Penaltidən çoxlu qollar vurmuşam"
"Zirə”nin futbolçusu Milan Duriç "Sumqayıt"la səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, komandasının bərabərlik qolunu müəllifi qol şanslarından yararlana bilmədiklərindən şikayətlənib...
- Ümumilikdə, çox yaxşı oynadıq. Sadəcə, baş məşqçimiz Elxan Abdullayevin də dediyi kimi, ilk hissədə yaratdığımız qol vəziyyətlərindən maksimum faydalanmalı idik. Məncə, ilk hissədə oyunun taleyini həll etməli idik, amma bacarmadıq. "Sumqayıt” əks-hücum şansı gözləyirdi. Bu şansı əldə etdikdən sonra önə keçdilər. Sonda istəyimizə nail olmasaq da, 1:1 hesablı heç-heçə bizi müəyyən dərəcədə qane edir.
- 90+3-cü dəqiqədə penalti ilə hesabı bərabərləşdirmək Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan komandanı nə dərəcədə qane edə bilər?
- Az öncə də qeyd etdiyim kimi, ilk hissədə qol vəziyyətlərindən istifadə edə bilmədik. "Sumqayıt” isə bizi əks-hücumda tutub hesabı açan tərəf oldu. Lakin biz xarakter nümayiş etdirdik və sonda 1 qol vurduq. Müəyyən qədər qaneedici hesabdır, müəyyən qədər də yox. Amma 0:1 hesabı ilə uduzmaqdansa, bu hesab daha yaxşıdır.
- Qol vurduqdan sonra köynəyini çıxarmağından hiss olunurdu ki, sanki qələbəni qeyd edirdiniz...
- Biz qələbə qazanmasaydıq, "Sumqayıt” 2 xal önə keçəcəkdi. Bu oyundan sonra 1 xal üstünlüyümüzü qoruduq, buna görə şadıq.
- Son saniyələrdə penalti vurmaq çox böyük məsuliyyətdir. Həyəcan yox idi?
- Karyeram ərzində çox penalti yerinə yetirmişəm. 11 metrlik cərimə zərbəsindən vurduğum qollar çox olub. Baş məşqçimizə təşəkkür edirəm ki, həmin situasiyada bu vəzifəni mənə tapşırdı.
- Təqvimə nəzər salsaq, avrokubok yolunda əsas rəqibiniz "Sumqayıt”ın "Qarabağ” və "Qəbələ” ilə oyunları qalıb. Demək olarmı ki, artıq Avroliqaya vəsiqə məsələsi hardasa, 90 faiz həllini tapıb?
- "Sumqayıt”ın çətin oyunları qalsa da, daha çox özümüz haqda danışmaq istəyərdim. Biz oyunda yaratdığımız qol vəziyyətlərindən maksimum yararlanıb, son dəqiqəyə kimi gözləməməli idik. Yəni, oyunun taleyini daha öncədən həll etməli idik.
- "Zirə” bu oyunla Avropa Liqasında neçə mərhələ keçə, nəyə nail ola bilər?
- Əminliklə deyə bilərəm ki, ilk mərhələni keçə bilərik. Çünki bu gün çox gözəl xarakter nümayiş etdirdik və komandadadaxili ab-hava çox yaxşıdır.