AFFA İntizam Komitəsi "Kəpəz” klubunu cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna Azərbaycan Premyer Liqasının XXVIII turunda "İnter”lə ev matçı zamanı "Kəpəz”in 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəb olub.
Gəncə təmsilçisi 800 manat cərimə ödəməli olacaq.
Qeyd edək ki, "Kəpəz” – "İnter” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.







































































