1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Musa Qurbanov: “Zaqatala” bank zəmanət məktubu verə bilməyib”
"Zaqatala”nın növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcəyi ilə bağlı dəqiq bir məlumat yoxdur”. Bunu Sportnet.az-a açıqlamasında "Zaqatala” klubun prezidenti Musa Qurbanov deyib.
53 yaşlı futbol funksioneri bildirib ki, "Zaqatala”nın Premyer Liqada təmsil olunacağına dair xəbərləri mətbuatdan oxuyur: "Mən də yalnız mətbuatda yazılanlar qədər bilirəm. Sponsor olmadığı üçün bank zəmanət məktubu istisna olmaqla, lisenziyalaşdırmaya tələb olunan bütün sənədləri AFFA-ya təqdim etmişik. Lakin bildiyiniz kimi, "Zaqatala” mövsümü 5-ci pillədə başa vurub. Premyer Liqaya isə ilk 3 pilləni tutan komandalar vəsiqə qazanır”.
Qeyd edək ki, 2016/2017 mövsümünün yekununa əsasən "Turan Tovuz”, "Səbail” bə "Ağsu” elitaya vəsiqə qazanıb. Lakin paytaxt klubu istisna olmaqla, digərlərinin Premyer Liqada iştirakı şübhə altındadır. Əvəzində "Zaqatala”ın adı yüksək dəstə ilə yanaşı çəkilir.