"Neftçi” klubunun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov postunu tərk edib.
Sportnet.az xəbər verir ki, o, bu barədə şəxsi "facebook” hesabında yazıb.
Qeyd edək ki, Mehman Rəsulov 2011-ci ildən "Neftçi”də sayt üzrə redaktor vəzifəsində çalışmağa başlayıb. 2015-ci ildə klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.