Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz” daha 1 futbolçunun keçidini həll edib. 
Sportnet.az-ın məlumatına görə, Gəncə klubu Tural Cəlilov ilə razılığa gəlib. Son mövsümü "Zirə”də keçirən müdafiəçi ilə 1 illik müqavilə bağlanacaq. Bu, komandanın 4-cü transferi olub. 
Daha əvvəl "sarı-göylər” müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovu heyətinə qatıb. Bu futbolçularla da 1 illik  müqavilə bağlanılıb. 









                 





    
    
    
    
    
    
    
    
    


























































