1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Şapekoense”nin təyyarəsi qəzadan döndü
Braziliyanın "Şapekoense” futbol klubunun üzvlərinin də yer aldığı təyyarə təcili eniş edib.
Sportnet.az-ın "The Sun”a istiandən verdiyi məlumata görə, hadisə mayın 18-də, Braziliya təmsilçisi Argentinada geri dönərkən baş verib.
Libertadores Kubokunun V turu çərçivəsində "Lanus” üzərində 2:1 hesablı qələbədən sonra vətənə qayından futbolçuların yer aldığı təyyarəni Şapeko hava limanı qəbul edə bilməyib. Nəticədə hava gəmisi Portu-Aleqriyə təcili eniş etmək məcburiyyətində qalıb.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq, "Şapekoense” üzvləri oradan təmil olunduqları şəhərə avtobusla yola düşüblər.
Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan "Şapekoense” klubunu üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Həyatını itirənlər arasında yer alan Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. Qəza zamanı ümumilikdə 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub.