Azərbaycan milli komandasının hücumçusu Deniz Yılmaz Türkiyənin "Bursaspor” klubundan ayrıla bilər.
Sportnet.az-ın "FotoMaç”a istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun xidmətində başqa bir Super Liqa təmsilçisi – "Osmanlıspor” maraqlıdır. Hazırda Ankara təmsilçisinə rəhbərlik edən "Bursaspor”un sabiq baş məşqçisi Hamza Hamzaoğlu D.Yılmazı sərəncamında görmək istəyir.
Qeyd edək ki, Deniz Yılmaz bir müddət əvvəl "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. Türkiyə mətbuatı 29 yaşlı hücumçunun əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırıldığını iddia edib.