Kurban Berdıyev Rusiyanın "Rostov" klubunun vitse-prezidenti vəzifəsindən istefa verib. Sportnet.az-ın məlumatına görə, bu barədə türkmənistanlı mütəxəssisin özü klubun rəsmi saytına açıqlama verib.
O, daha irəli hərəkət etməyin vacibliyini bildirib. Berdıyevin "Rubin"in baş məşqçi postuna qayıdacağı bildirilir.
Qeyd edək ki, Kurban Berdıyev "Rostov"da 2014-cü ildən çalışırdı. Onun rəhbərliyi altında komanda 2015-2016 mövsümündə Rusiya vitse-çempionu olub və 2016-2017 mövsümündə Avropa Liqasının 1/8 final mərhələsinədək irəliləyib. "Rostov"u mübarizədən kənarlaşdıran (1:1, 1:0) İngiltərə "Mançester Yunayted"i Avroliqanın qalibi olub.