Avropanın bir neçə klubu İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronalduya maraq göstərməyə başlayıblar. Sportnet.az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, bunlar arasında "Mançester Yunayted", PSJ və "Monako" da var.
Mənbə bildirir ki, İngiltərə və Fransa klubları Portuqaliya yığmasının hücumçusundan ötrü 180 milyon avro ödəməyə hazırdırlar. Çin təmsilçilərinin də səxavət nümayiş etdirməkdə onlardan geri qalmadıqları vurğulanır.
Lakin Ronaldunu almaq asan olmayacaq. Çünki "Real Madrid"in prezidenti Florentino Peres 32 yaşlı forvardı hətta 200 milyon avroya transferə çıxarmaqdan da imtina edib.
Qeyd edək ki, Kriştianu Ronaldunun "kral klubu" ilə 2021-ci ilin yayınadək müqaviləsi var.