1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Berdıyev "Rubin"ə qayıtdı
Rusiyanın "Rubin" klubu və Kurban Berdıyev arasında təcrübəli mütəxəssisin baş məşqçi postuna qayıdışına dair prinsipial razılıq əldə olunub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Kazan təmsilçisinin baş direktoru Rustam Sayaxov açıqlama verib.
O, Berdıyevlə müqavilənin uzunmüddətli, yaxşı işlənilib-hazırlanmış və strukturlu olmasının nəzərdə tutulduğunu bildirib. Sayaxov bütün detalların razılaşdırılmasından sonra anlaşmanın imzalanacağını söyləyib.
Artıq 64 yaşlı mütəxəssis işinin icrasına başlayıb. Komanda sabah ilk təlim-məşq toplanışına yollanacaq.
Türkmənistanlı baş məşqçi son olaraq, "Rostov"da baş məşqçi vəzifəsində çalışıb. O, "Rubin"də yenicə istefaya göndərilmiş Xavi Qrasiyanı əvəzləyib.
Qeyd edək ki, Kurban Berdıyev 2001 - 2013-cü illərdə də "Rubin"in baş məşqçisi olub. O komandaya iki dəfə (2009, 2012) Rusiya çempionluğu, bir dəfə (2012) ölkə kubokunu, iki dəfə (2010, 2012) superkubok qazandırıb. Berdıyevin rəhbərliyi altında Kazan komandası 2012-2013 mövsümündə "Neftçi" ilə birgə yer aldığı qrup mərhələsini dəf edərək, Avropa Liqasında 1/4 finaladək irəliləyib.