Futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlarından sonuncusu keçirilib. Sportnet.az-ın məlumatına görə, Şimali İrlandiyada "Linfild" San Marino çempionu "La Fiorita"nı qəbul edib.
Belfastdakı "Windsor Park"da təşkil olunmuş qarşılaşmanın taleyi son anlarda həll olunub. 89-cu dəqiqədə Cordan Stüart fərqlənərək, "Linfild"ə qələbə qazandırıb.
Şimali İrlandiya və San Marino yığmaları 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıblar.
Çempionlar Liqası, I təsnifat mərhələsi
İlk oyunlar
28 iyun
"Linfild" (Şimali İrlandiya) - "La Fiorta" (San Marino) - 1:0
Qol: Cordan Stüart, 89
27 iyun
"Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra) - 1:0
Qol: Uros Nenadoviç, 39
"Hibernians" (Malta) - "Tallin" (Estoniya) - 2:0
Qollar: Jorjinyo, 63. Byorn Kristensen, 73
Vurulmayan penalti: Kirill Nesterov, 5 ("Tallin")
TNS (Uels) - "Europa" (Cəbəllütariq) - 1:2
Qollar: Skott Kiqli, 44 - Aleks Kilyo, 8. Kike Qomes, 78
"Vikinqur" (Farer adaları) - "Trepça" (Kosova) - 2:1
Qollar: Qunnar Vatnhamar, 17. Adeşina Laval, 73 - Fiton Haydari, 39
Qeyd edək ki, cavab görüşləri 4-5 iyulda keçiriləcək.