1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Differdanj"a yuxarıdan-aşağı baxmaq olmaz"
"Zirə"nin futbolçusu Rəşad Sadiqov Lüksemburq "Differdanj"ını 2:0 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- İlk dəfə idi ki, "Zirə” avrokuboklarda oyuna çıxırdı. Özünüz də gördünüz ki, çətin oldu. Bu da təcrübəsizlikdən irəli gəlir.
- Sən oyuna daxil olandan sonra "Zirə”nin oyun nizam-intizami müsbət mənada dəyişdi...
- Yenə deyirəm ki, bu təcrübəsizlikdən irəli gəlirdi. Komanda şəklində ümumi hesablasaq, heç 3 oyun keçirməmişik. Təcrübəli oyunçu meydanda olanda oyunu nizama salır, meydanda öz təcrübəsi ilə komanda yoldaşlarına kömək olur.
- Rəqib gözlənilən kimi idi?
- Məncə, təhlükəli rəqibdirlər. Sürətli oyunçuları var idi. Açığı, onların oyunun görməmişdik. 2-3 yeni oyunçuları var. Sağ cinah hücumçuları da çox təhlüklə yaradırdı.
- Şansları necə dəyərləndirirsiniz?
- Şans yaxşıdır. Burda oynadığımızı Lüksemburqda nümayiş etdirməliyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Kimisə saymasan, həmin an "yanacaqsan”.
- Qələbəyə baxmayaraq, komandada anlaşılmazlıq var idi...
- 3-4 futbolçudan başqa, əsas heyət dəyişilib. Sağ cinah müdafiəçisi 5 gündür ki, bizimlədir. Digər yeni transferlər isə 15 gün. Bu da istər-istəməz olmalıdır. Amma yenə deməzdim ki, pis oynadıq. Qol şanslarımız da oldu.
- Artıq II mərhələdəki "Astra” haqda düşünmək olar?
- "Differdanj” təhlükəli rəqibdir. Belə komandalara qarşı boşalsan, "yana” bilərsən. Ötən il "Qarabağ” Lüksemburq çempionu – "Düdelanj”ı Bakıda 2:0 hesanı ilə yenmişdi. Səfərdə 0:1 hesabı ilə geri düşəndə isə hamı həyəcanlanmışdı. Rəqib təhlükəlidir. Bu səddi keçməmiş "Astra” haqda düşünmək olmaz.