"Hələlik növbəti mövsüm üçün hədəflərlə bağlı rəhbərliklə danışmamışam. Yaxın günlərdə bunu müzakirə edəcəyik. Komandanın ötən mövsümlə müqayisədə daha yaxşı nəticə göstərməsindən ötürü çalışırıq. Heyəti gücləndirməkdə məqsədimiz keyfiyyəti yüksəltməkdir”.
Bunu Sportnet.az-ın açıqlamasında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
39 yaşlı mütəxəssis bildirib ki, növbəti mövsümdə avrokuboka vəsiqə verən pillələr uğrunda mübarizə aparmaq həddindən artıq çətin olacaq: "Çünki gördüyüm qədər klublarımız indi daha güclüdürlər. Biz elə komandayıq ki, rəqib seçə bilmərik. Yəni, rəqiblərə fərq qoyacaq gücdə deyilik. Onların oyunlarını yay fasiləsində görməsək də, mətbuat vasitəsi ilə izləyirik”.
S.Abasov "Hazırkı heyəti "Sumqayıt”ın tarixində ən güclü saymaq olar” sualına belə cavab verib: "Bir az səbrli olun, buna çempionatda baxarıq”.
Qeyd edək ki, "Sumqayıt” ötən mövsümü 35 xalla 6-cı pillədə başa vurub.