"Neftçi"də qalmağı özüm də çox istəyirdim. Amma elə alındı ki, "Neftçi" mənimlə yeni müqavilə imzalamadı. Ona görə də ölkəmdə qalası oldum".
Bu sözləri Sportnet.az-a açıqlamasında Boban Baykoviç deyib. Bakı klubunun sabiq qolkiperi "flaqman"la müqaviləsini yeniləmək istəyib.
Ancaq ona yeni müqavilə təklif edilməyib. Baykoviçə indinin özündə də təkliflər var. Amma təcrübəli kiper hələ ki, tam qərar verməyib: "Klubsuz olsam da, mənə təkliflər var. Ancaq hələ tam qərarımı verməmişəm. Menecerim yoxdur, işlərimi özüm aparıram".