1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublarımızın avrokubok matçlarının vaxtı və yeri dəyişdi
Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki görüşlərinin vaxtı və yeri dəyişib.
Sportnet.az-ın məlumatına görə, bütün 3 komandanın ev oyunlarının Bakıya təsadüf etməsi ilə əlaqədar belə bir qərar verilib.
UEFA-nın qərarına əsasən, "Zirə" "Astra"sı ilə ilk qarşılaşmanı iyulun 13-də Rumıniyada keçirəcək. Cavab görüşü isə bundan bir həftə sonra Bakıdakı "Dalğa Arena"da olacaq. "İnter" Lüksemburqun "Fola Eş" komandası ilə ilk matçını iyulun 13-də deyil, bir gün tez keçirəcək. 12 iyul matçı "Dalğa Arena"da olacaq.
"Qəbələ" isə iyulun 13-də Polşa "Yagelloniya"sını "Bakcell Arena"da qəbul edəcək. Həm "İnter", həm də "Qəbələ"nin cavab oyunu iyulun 20-də səfərdə baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" da Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə ilk görüşünü Bakıda keçirəcək. Oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.