Rusiyanın I divizionunda mövsümə start verilib. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu "Fakel” də ilk matçına çıxıb. Voronejlilər Astraxan "Volqar”ı ilə qarşılaşıblar. Görüşdə hesab açılmayıb – 0:0. Matça start heyətində başlayan Məsimov 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Məsimov "Neftçi", "Domjale", AZAL klublarında çıxış edib.