"Transfer pəncərəsi" zamanı Famousse Kone üçün təklif göndərən tək klub "Qəbələ” olmayıb. Sportnet.az-ın məlumatına görə, "Samsunspor” Koneni yenidən heyətinə cəlb etmək istəyib. Amma "Qəbələ”nin təklifi daha cəlbedici olduğundan malili hücumçu "Samsunspor”un təklifini geri çevirib. Üstəlik klubun avrokuboklarda çıxış etməsi Kone üçün cəlbedici olub.
Qeyd edək ki, "Göztəpə”yə məxsus olan forvard 2018-ci ilə qədər "Qəbələ” forması geyinəcək.