1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycana vurduğum qolu unutmayacağam"
Bolqarıstan yığmasının və "Nefteximik" klubunun futbolçusu Ventsislav Xristov karyerasının ən unudulmaz anını xatırlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 29 yaşlı yarımmüdafiəçi "Sport Turbo"ya açıqlamasında bildirib. O, Azərbaycan millisi ilə görüşdəki qolunu özü üçün "ən dəyərli" adlandırıb: "Bu, mənim yığmada debüt matçım idi. Meydana sonradan daxil olsam da, qol vurmağı bacarmışdım. Bu qolu unutmayacağam".
Qeyd edək ki, Ventsislav Xristovun bəhs etdiyi oyun 2014-cü il sertyabrın 9-da "Bakcell Arena"da Azərbaycan və Bolqarıstan milliləri arasında keçirilib. Meydana 83-cü dəqiqədə daxil olan Xristov bundan 4 dəqiqə sonra komandasının qələbə topunu vurub - 2:1.