"Qarabağ" komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində Tbilisidə "Samtredia" komandasına qarşı keçirdiyi cavab oyununu izləyənlər arasında bir sıra tanınmış şəxslər də var.
Sportnet.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və "Socar Georgia"nın rəhbəri Mahir Məmmədov matçın keçirildiyi Boris Payçadze adına "Dinamo" stadionunun VİP tribunasında yer alıblar. Onlar oyuna zədə üzündən matçda iştirak edə bilməyən "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla birgə baxırlar.
Həmçinin "Qarabağ"ın sabiq futbolçuları Georgi Adamiya və Nikoloz Gelaşvili də qarşılaşmanı canlı izləyirlər. Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili, veteran futbolçular Aleksandr Çivadze və Otar Qabeliya da tribunadadırlar.
Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |