"İlk oyunda böyük hesabla qalib gəldiyimiz üçün rəqibin istəkli olacağını, matçın çətin keçəcəyini bilirdik".
- Əvəzlənməyiniz nə ilə bağlı idi?
- Qasıq nayihəmdə problem vardı. Fiziki cəhətdən tam hazır deyiləm. Əvəzlənməyim öncədən planlaşdırılmışdı. Yəni, hansı dəqiqədə meydanı tərk edəcəyimi bilirdim.
- Ötən illərlə müqayisədə "Qarabağ"ın püşkatmalarda bəxtinin gətirdiyini söyləmək olar?
- Heç kim növbəti mərhələni bizə hədiyyə etməyəcək. Mərhələ keçmək üçün mübarizə aparmalıyıq. Rəqibin hansı komanda olmasında asılı olmayaraq.- Reynaldo üçün darıxmırsınız ki?
- Qardaş kimi mənə yaxındır, darıxıram. Lakin o, öz yolunu seçdi. Artıq 6 ildir Azərbaycandayam. Hazırda heyətdə Reynaldonu əvəzləyəcək futbolçular var.