"Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Zirə" - "Astra" matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Zirə" yaxşı təsir bağışladı, qol epizodlar oldu. Lakin istifadə edə bilmədilər. Top qapıya düşmədi. Son vuruşlarda dəqiq olsaydılar bəlkə də mərhələ adlayardılar.
- Zədəniz nə yerdədir?
- 3-4 gündü tək məşq edirəm. Tam hazır olanda komandaya qoşulacağam.
- "Zirə"nin qara dərili futbolçuları sizi qorxutmadı?
- Çempionat haqda düşünmürük. Qarşıda "Şerif"lə oyunlarımız var. Fikrimizi ora yönəltmişik.
- "Şerif" barədə nə söyləyə bilərsiniz?
- Təcrübəli rəqibdir. Eyni gücdə olan oxşar komandalarıq. Gərgin və maraqlı mübarizə keçəcək.
- Düşünmürsünüz ki, ötən mövsümlə müqayisədə "Qarabağ"ın püşklə bağlı gətirib?
- Rəqiblə deyil ki... Oyunla götürsən "Viktoriya" ən ideal variant idi. Lakin keçə bilmədik. Rəqibin güclü və ya zəifdir düşünmürük. Çalışacağıq bir plan cızaq, qalib gələk. Düşünürəm ki, hər şey cavab matçnda həll olunacaq.
- "Qarabağ" "Samtredia" ilə cavab matçında nisbətən zəif təsir bağışladı. Gücünüzü gizlədirdiniz?
- Kimdənsə nəzə gizlətmirik. Ümidvaram ki, qarşıdakı oyunda daha yaxşı olacaq. Komanda hazırdır. Ötən il ilk rəqibimiz olan "Düdelanj"la da oyunumuz ağır keçmişdi.