1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Azarkeşlərə görə üzüldüm"
"Oyun gözlədiyimiz kimi keçdi. Ağır oyun oldu. Bu oyun bir daha göstərdi ki, bu turnirdə zəif komanda yoxdur. Hamı öz ölkəsinin çempionudur. Qələbə qazana bilmədik. Buna baxmayaraq, komandamdan razı qaldım. 0:0 hesabı da pis nəticə deyil. Əsas odur ki, evdə qol buraxmadıq. Cavab oyununa hazırlaşmaq üçün 6 gün vaxtımız var. Sadəcə, azarkeşlərə görə üzüldüm. Onları qol ilə sevindirə bilmədiyimizə görə. Son anlara kimi qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldova "Şerif"i ilə Bakıda qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 45 yaşlı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...
- İkinci hissədə komanda daha hücumameylli idi. Bunun səbəbi nə idi?
- Oyundan öncə də demişdim ki, rəqib bir neçə oyun üslübündan istifadə edir. Xüsusilə, rəqibin 20 nömrəli futbolçusu daha fəal idi. İlk hissədə rəqib müqavimət göstərdi. Lakin oyunu 90 dəqiqə eyni tempdə keçirmək çətin olur. Düşünürəm ki, rəqib evdə daha açıq oynayacaq. "Şerif"in baş məşqçisi futbolu yaxşı bilən mütəxəssisdir. Fikrimcə, nəticə baxımından onlar istədiyini edə bildilər.
- Jezniçakın zədəsi nə yerdədir?
- Zədəsinin ciddi olduğunu düşünmürəm. Sabah həkimlər onun neçə gün sonra məşq edə biləcəyini deyəcəklər. Məncə, sadəcə, əzələsi zədələnib.
- Etiraf edək ki, "Qarabağ” rəqibdən daha səviyyəlidir. Cavab oyununda nə isə dəyişiklik edəcəksiniz?
- Öz proqramımız əsasında işləyirik. Hanıs oyunçuya lazımdısa, ona əlavə proqram veririk. Komanda bir yerdə çox az olub. Oyunçuların fiziki hazırlığında bəzi çatışmazlıqlar var. Bu da vaxtla bağlı olan məsələdir. Vaxt keçdikcə, bu problemin qaydasına düşəcəyini düşünürəm.
- "Qarabağ” yoxlama oyunlarında qalib gələ bilmədi. Bu gün də komandanın fiziki cəhətdən zəif olduğunu gördük...
- Xüsusi bir səbəbi yoxdur. İkinci hissədə rəqib mərkəzi nadir hallarda keçirdi. Avstriyada keçirdiyimiz oyunlar hazırlığımızı qaldırmaq cəhətdən çox mühüm oldu. Ola bilsin, digər komandalar hazırlığa bizdən tez başlamışdılar. Məğlubiyyətlərə səbəb bu da ola bilər. İlk məşqimizi cəmi 5 futbolçu ilə keçmişdik. Məncə, bu gün narahat olası bir şey yoxdur. Hələ ki, vaxtımız var.
- Cavab oyununda heyətdə dəyişikliklər gözlənilir?
- Bunu deyə bilmərəm. Bir həftə vaxtımız var. Tam hazır olan oyunçulara şans verəcəyik. O ki qaldı hansı oyunu sərgiləyəcəyimizə, bizə nə sərf etsə, həmin oyunu göstərəcəyik. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. Hücum lazım olsa, hücum edəcəyik.
- Bu gün meydanda gözlədiyiniz "Şerif”i gördünüz?
- Bəli, gözlədiyim komandanı gördüm.
- Bu "Şerif” cavab oyununda sürpriz edə bilər?
- Rəqib nəticə qazanmağı bacaran komandadır. "Şerif"in müdafiə olunması çoxunda onlar barədə səhv fikir formalaşdırır. Ancaq nəticə qazanmaq üçün müdafiə olunmaq da olar. Cavab oyununda biz tam fərqli komanda ilə qarşılaşa bilərik. Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq.
- Çempionlar Liqasının III təsnifat mərhələsi sanki "Qarabağ” üçün düşərli deyil...
- Bu barədə düşünmürük. Çalışacağıq ki, səfərdə yaxşı çıxış edək.
- İlk hissədə meydançanı yoxladınız. Ot örtüyündən narazı idiniz?
- Birinci hissədə top meydanda sanki bir qədər yavaş hərəkət edirdi. Meydança sulandıqdan sonra bu problem aradan qalxdı.