Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuran "Sumqayıt” komandası vətənə qayıdıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Samir Abasov futbolçulara 3 günlük istirahət verib.
Kollektiv avqustun 1-dən etibarən "Kapital Bank Arena"da Azərbaycan Premyer Liqasının ilk turunun hazırlığına başlayacaq.