Almaniyanın II Bundesliqasında ilk turun "Haydenhaym" - "Aue" matçı yarımçıq qalıb.
Sportnet.az-ın məlumatına görə, "Foyt Arena"da təşkil olunmuş qarşılaşma güclü yağış və dolu səbəbindən 11:04 dəqiqədə dayandırılıb. Həmin vaxt hesab 0:0 olub. Baş hakim Benyamin Brand hər iki komandanı paltardəyişmə otağına göndərib. Hava şəraitində heç bir dəyişiklik baş vermədiyindən, görüşün qeyri-müəyyən vaxta təxirə salınması qərara alınıb.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov bu oyunda "Aue"nin start heyətində meydana çıxıb.