Braziliya millisinin və İspaniyanın "Barselona” klubunun futbolçusu Neymar avqustun 2-də PSJ klubuna transfer olunmaq üçün Parisdə tibbi müayinədən keçəcək.
Sportnet.az-ın "Marca”ya istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu həmin gün PSJ-nin prezidenti Nasser əl-Xelaifi ilə də görüşəcək.
Neymar Fransa klubuna keçəcəyi halda PSJ-nin sahibi "Qatar Sports Investments” şirkəti ilə müqavilə imzalayacaq. Sözləşməyə əsasən braziliyalı futbolçu Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq və beş il ərzində 300 milyon avro qazanacaq.
Qeyd edək ki, PSJ-nin Neymara görə "Barselona"ya 222 milyon avro ödəyəcəyi bildirilir.