1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şerif"in futbolçusu: "Bakıdakı kimi oynamalıyıq"
"Qarabağ”a qarşı açıq oyun sərgiləməməliyik. Meydan sahibi olsaq da, ehtiyatlı davranmalıyıq”.
Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Şerif”inin futbolçusu Vitali Damaşkan Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib. 18 yaşlı hücumçu fikirlərini belə əsaslandırıb: "Bizim üçün yaxşı olardı ki, Bakıdakı kimi qapalı oynayaq. Çünki "Qarabağ”da hücuma qoşulmağı bacaran yaxşı oyunçular var. Onlar yaxşı əks-hücumlar qururlar. Biz Bakıdakı kimi oynamalı və əsk-hücumlara bel bağlamalıyıq”.
Damaşkan azarkeşlərdən dəstək gözlədiklərini də söyləyib: "O qədər azarkeş qarşısında ilk matçda qazandığımız nəticə bizə sərf edir. İstəyirəm ki, bizə də azarkeşlərimiz güclü dəstək olsunlar. Necə ki, Bakıda bunu fanatları "Qarabağ” üçün etmişdilər”.
Xatırladaq ki, "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.