2017/2018 futbol mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Səbail” komandası heyətinə əcnəbi futbolçu cəlb edib.
Sportnet.az xəbər verir ki, bu, iranlı qapıçısı Əmirhüeyn Nəcəfidir. Onunla yaxın günlərdə müqavilə bağlanılacağı gözlənilir.
1.88 sm boya malik 21 yaşlı qapıçı İranın "Esteqlal” klubunun yetirməsidir. O, son olaraq vətənində "Sardar Bukan”ın formasını geyinib.
Qeyd edək ki, Əmirhüeyn Nəcəfinin "Səbail”ə keçidi rəsmiləşəcəyi halda, o, klubun tarixinə üçüncü əcnəbi futbolçu kimi düşəcək. Paytaxt təmsilçisi daha əvvəl türkmənistanlı Elman Taqayev və qvineya-bissaulu Maudo Jarjueni transfer edib. (Report)