İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan əsas komandada debüt edib.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı qapıçı "kral klubu"nun MLS ulduzları yığmasına qarşı keçirdiyi yoldaşlıq görüşündə meydana çıxıb. Görüş madridlilərin penaltilər seriyasında qələbəsi ilə yekunlaşıb - 1:1 (penaltilərlə - 4:2). Oğul Zidan 72-ci dəqiqədə Ruben Yanyesin əvəzinə meydana daxil olub. Həmin vaxt "Real Madrid" 1:0 hesabı ilə öndə olsa da, 87-ci dəqiqədə qapısından top buraxıb.
Qeyd edək ki, daha əvvəl Luka Zidanın bu mövsüm "Real Madrid"də üçüncü qapıçı olacağı açıqlanıb. Keylor Navas birinci, Kika Kasilya ikinci qolkiper sayılacaqlar.