I divizionda mübarizə aparan MOİK klubunda yeni təyinat baş tutub.
Sportnet.az xəbər verir ki, Vadar Nuriyev baş məşqçi Ramil Əliyevin köməkçisi təyin olunub.
Qeyd edək ki, Nuriyevin son iş yeri AZAL klubu olub. O, baş məşqşi Tərlan Əhmədovun köməkçisi vəzifəsində çalışıb.









































































