1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" avrokuboklarda ən ağır məğlubiyyət aldığı komandaya qarşı
"Qarabağ" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində Avropa kuboklarında ən ağır məğlubiyyətini aldığı komandaya rəqib olub. Sportnet.az-ın məlumatına görə, bu, Danimarka "Kopenhagen"idir.
İki komanda arasında 1998-ci il avqustun 13-də Kopenhagendəki "Parken" stadionunda keçirilmiş Kuboklar Kubokunun I mərhələsinin ilk oyununda meydan sahibləri 6:0 hesabı ilə qalib gəlib. Bundan 2 həftə sonra Bakıda təşkil olunmuş cavab görüşündə "Qarabağ" 0:4 hesabı ilə uduzub. Həmin vaxt Ağdam komandasının baş məşqçisi Ağasəlim Mircavadov olub.
"Kopenhagen" də "Qarabağ" kimi, Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. 12 qat Danimarka çempionu əvvəlcə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sını iki oyunun yekununda üstələyib - səfərdə 3:1, evdə 1:2.
Daha sonra Makedoniya "Vardar"ı ilə qarşılaşan Stole Solbakkenin baş məşqçi olduğu komanda səfərdə 0:1 hesabı ilə uduzsa da, evdə böyük hesabla qalib gəlib - 4:1. Norveçli mütəxəssis 200-2001-ci illərdə futbolçu kimi çıxış etdiyi komandada 2013-cü ildən baş məşqçidir.
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasındakı ilk "pley-off" matçı avqustun 15-16-da Bakıda, cavab qarşılaşması bundan bir həftə sonra Kopenhagendə keçiriləcək.