Fransa PSJ-sinin yeni transferi Neymarın atası Da Silva Santos İspaniyanın "Barselona" klubunun ünvanına ittihamla çıxış edib. Sportnet.az-ın məlumatına görə, ata Neymar "Barsa"ya etibarının itdiyini bildirib.
O deyib ki, Kataloniya təmsilçisi ötən yay oğlu ilə müqaviləni uzatdıqdan sonra 26 milyon avro bonus ödəməyib: "Mən klubu şantaj edə bilməzdim. Amma həmin anda etibarımı itirdilər. Oğlumu dilə tutmağımı xahiş etdilər. Amma özümə qarşı belə münasibətdən sonra nə edə bilərdim? Bonus barədə bənd müqavilənin bir hissəsi idi. Bunun sayəsində dəbbə pulunun məbləği yüksəlmişdi".
Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya keçib.